TÜRKOLOGİYA

Redaktordan

ISSN: 2313-5204

E-ISSN: 3006-399X

jurnal

“Türkologiya” jurnalı SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri kimi “Sovetskaya Tyurkoloqiya” adı ilə 1970-ci ildən dərc olunmağa başlamışdır. 1992-ci ilə qədər “Sovetskaya Tyurkoloqiya” adı ilə fəaliyyət göstərən jurnal 1993-ci ildən bu günə qədər “Türkologiya” adı ilə nəşr həyatını davam etdirir.
1970-1987-ci illərdə akademik Məmmədağa Şirəliyev, 1987-1992-ci illərdə Edhem Tenişev, 1992-2014-ci illərdə akademik Ağamusa Axundov, 2014-2016-ci illərdə akademik Tofiq Hacıyev, 2016-2021-ci illərdə akademik Kamal Abdullayev “Türkologiya” jurnalının baş redaktorları olmuşdur.
2021-ci ildən jurnalın baş redaktoru AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru professor Nadir Məmmədlidir.
Azərbaycan, türk, rus və ingilis dillərində məqalə çapını həyata keçirən jurnal türkologiya elminin tarixini və günümüzdəki problemlərini, türk xalqlarının tarixi və mədəni zənginliklərini, türkologiyanın aktual problemlərini işıqlandırmağı da başlıca məqsəd kimi qarşıya qoymuşdur.
“Türkologiya” jurnalının ildə iki sayı (iyun, dekabr) nəşr olunur. Redaksiyaya daxil olan yazılar əvvəlcə jurnalın tələblərinə uyğunluq baxımından yoxlanıldıqdan sonra rəy üçün müvafiq sahə üzrə mütəxəssislərə göndərilir.

Son nömrə 2023, №2

TÜRKİYƏ CÜMHURİYYƏTİ - 100
Nadir Məmmədli
Atatürkün Azərbaycan konsepsiyasının ideoloqu – İsmayıl Hikmət Ertaylan
İsmayıl Kazımov
Cümhuriyyət dövrü türk şeirində “Dəniz” konsepti
Şəbnəm Həsənli-Qəribova
Atatürkün dil siyasəti və müasir türk dili
Qətibə Vaqifqızı Quliyeva
Cümhuriyyət dövründə Türkiyədə qədim türk hüquq sənədlərinin tədqiqinə ümumi baxış
Turan Hüseynova
Cümhuriyyət dövründə Türkiyədə yazılan qrammatika kitabları
Aynur Qafarlı
Tarixləşən adımız – Atatürk
KLASSİK İRS
Nizami Cəfərov, Aysel Qəribli
Yeni Azərbaycan dilinin yeni dilçilik təzahürü və ya “Məzhər üt-Türki”
Salidə Şərifova
Professor Mədəd Çobanov – Türk ədəbi dillərinin tədqiqatçısı
ƏDƏBİ İRS
Rustam Nəbiyev
Bulqar, tatar və türklər haqqında rus eposu
Almaz Ülvi Binnətova
Əlişir Nəvai ədəbi şəxsiyyəti və yaradıcılığı
DİL ƏLAQƏLƏRİ
İvan Dobrev
Antikliyin sonları və erkən orta əsrlərdə Avrasiya bulqar mətnləri və kitabələri
Atilla Jorma
Çağatay dilindən sonra Karluq - Qıpçaq - Oğuz münasibətləri (II hissə)
İmre Paçai
X-XII əsrlərlərdə orta əsr Macarıstanın sərhəd müdafiəsilə bağlı sözlərdə türk motivləri
Taalaybəy Abdiyev
Tay “ana tərəfinin qohumları” sözünün etimologiyasına dair
Zemfira Əliyeva
Qədim rus salnamələrində və “İqor Polku haqqında dastan”da rast gəlinən türkizmlər
2023 №2
Mündəricat