TÜRKOLOGİYA

Redaktordan

ISSN: 2313-5204

E-ISSN: 3006-399X

jurnal

“Türkologiya” jurnalı SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri kimi “Sovetskaya Tyurkoloqiya” adı ilə 1970-ci ildən dərc olunmağa başlamışdır. 1992-ci ilə qədər “Sovetskaya Tyurkoloqiya” adı ilə fəaliyyət göstərən jurnal 1993-ci ildən bu günə qədər “Türkologiya” adı ilə nəşr həyatını davam etdirir.
1970-1987-ci illərdə akademik Məmmədağa Şirəliyev, 1987-1992-ci illərdə Edhem Tenişev, 1992-2014-ci illərdə akademik Ağamusa Axundov, 2014-2016-ci illərdə akademik Tofiq Hacıyev, 2016-2021-ci illərdə akademik Kamal Abdullayev “Türkologiya” jurnalının baş redaktorları olmuşdur.
2021-ci ildən jurnalın baş redaktoru AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru professor Nadir Məmmədlidir.
Azərbaycan, türk, rus və ingilis dillərində məqalə çapını həyata keçirən jurnal türkologiya elminin tarixini və günümüzdəki problemlərini, türk xalqlarının tarixi və mədəni zənginliklərini, türkologiyanın aktual problemlərini işıqlandırmağı da başlıca məqsəd kimi qarşıya qoymuşdur.
“Türkologiya” jurnalının ildə iki sayı (iyun, dekabr) nəşr olunur. Redaksiyaya daxil olan yazılar əvvəlcə jurnalın tələblərinə uyğunluq baxımından yoxlanıldıqdan sonra rəy üçün müvafiq sahə üzrə mütəxəssislərə göndərilir.

Son nömrə 2025, №2

TÜRKOLOGİYA TARİXİ
Nadir Məmmədli
Əli Əmiri Əfəndi
TÜRKOLOGİYA TARİXİ
Mahirə Hüseynova
Azərbaycan və özbək dillərində çoxmənalı sözlərin tarixi inkişafı
DİL ƏLAQƏLƏRİ
İvan Dobrev
Bolqarların nüfuzlu fəxri titulu “Bagatur” və bolqarlı Şanyüy Bagaturun şəxsi adı
DİL ƏLAQƏLƏRİ
Minaxanım Nuriyeva Təkləli
Şərqi slavyan və türk xalqlarının maddi-mədəni əlaqələri dil aynasında
I TÜRKOLOJİ QURULTAY – 100
Vilayət Quliyev
I Türkoloji qurultayın iştirakçısı N.İ.Aşmarin. Portret cizgiləri
I TÜRKOLOJİ QURULTAY – 100
Könül Həsənova
I Türkoloji qurultay və dil sistemində qənaə
DİL TARİXİ
Feruza Abducabbarova
XI–XII əsrlərə aid türk mənbələrinin leksikasının linqvokulturoloji interpretasiyası
DİL TARİXİ
Xədicə Heydərova
“Sağır nun” sonor samitinin əski əlifbada qrafik həlli və onun XIII-XX əsr Azərbaycan yazılı abidələrində tətbiqi qaydaları
DİL TARİXİ
Marufjon Dustmurodov
Orxon-Yenisey yazılarında ordu və hərbi əməliyyatlarla əlaqələr leksik bölmələr
NİTQ MƏDƏNİYYƏTİ
Kifayət İmamquliyeva
Adlandırmada samit qoşalaşması, geminatlıq və ya “güzgü” üsulu
MƏDƏNİYYƏT
Dilnoza Qurbanova
Özbəkistanda gender mədəniyyəti və dəyərləri: ənənələrdən müasir inkişafa
MƏDƏNİYYƏT
Asilbek Kolkanatov
Kültür merkezlerinin faaliyetlerini geliştirme ihtiyac
ƏDƏBİ İRS
Könül İbrahimova
Qabdulla Tukayın bədii publisistika yaradıcılığının Kazan şəhəri dövrü və ya yetkin mərhələsi (1907–1913-ci illər)